Millimizin hücumçusu yenidən diqqət mərkəzində

Millimizin hücumçusu yenidən diqqət mərkəzində

İngiltərə klubu "Koventri" hazırda "Vulverhempton"da çıxış edən millimizin üzvü Renat Dadaşovu yenidən gündəmə gətirib.
 
Sport7.az xəbər verir ki, bu haqda "Vavel" nəşri məlumat yayıb. Çempionşip təmsilçisi "Arsenal"ın gənc oyunçusu Ben Şiflə razılaşa bilməsə, "Vulverhempton"dan Renat Dadaşov və Ouen Otasoviyə yönələcək. Klub Dadaşovu icarəyə götürmək niyyətindədir. 

Daha əvvəl Britaniya mətbuatı "Koventri"nin Renat Dadaşov üçün "Vulverhempton"lə razılığa gələ bilmədiyini yazmışdı. 21 yaşlı hücumçu 2019-cu ilin avqustunda "Vulverhempton”la 4 illik müqavilə imzalasa da əsas komandada debüt etməyib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR