Millimizdən qələbə

Millimizdən qələbə

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib.
 
Sport7.az xəbər verir ki, yığmamız Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gəlib.
 
Bakı vaxtı ilə saat 18:00-da start götürən matçda millimiz 2:0 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində Camal Cəfərov və Elçin Qasımov fərqlənib.

Qeyd edək ki, milli bundan əvvəl "Alnyaspor"un 19 yaşlılardan ibarət kollektivi ilə qarşılaşıb və 4:2 hesabı ilə qalib gəlib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR