Millimizin legioner üzvündən İstanbulda yeni müqavilə - FOTO

Millimizin legioner üzvündən İstanbulda yeni müqavilə - FOTO

Azərbaycan millisinin voleybolçusu Nikalina Başnakova daha bir il Türkiyədə qalacaq.
 
Sport7.az xəbər verir ki, 22 yaşlı Nikalina "Sarıyer Bələdiyespor”la yeni müqavilə imzalayıb.
 
O, Sultanlar Liqası komandası ilə 1 illik yeni razılıq əldə edib.
 
Başnakova 2016/2017 mövsümündən qonşu ölkədə oynayır. Yığma üzvü 1 il "Bursa BBSK”da oynadıqdan sonra 3 mövsümdür "Sarıyer Bələdiyespor”da çıxış edir.

Qeyd edək ki, əslən Belarusdan olan 179 sm boya malik Nikalina "Bursa Böyükşəhər Bələdiyyəspor"a "Azərreyl"in ikinci komandasından yollanmışdı. O, aşağı yaş qrupları üzrə Azərbaycan millisində 2013-cü ildə debüt edib. Əsas komandamıza namizəd olan Başnakova gənclər yığmamızın əsas voleybolçusudur.
 
 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR