Millimizin Monteneqro ilə matçının məkanı bəlli oldu

Millimizin Monteneqro ilə matçının məkanı bəlli oldu

Millətlər Liqasının 5-ci turunda keçiriləcək Azərbaycan - Monteneqro oyununun yeri müəyyənləşib.

Sport7.az xəbər verir ki, görüş Xorvatiyada baş tutacaq.

UEFA noyabrın 14-dəki matçın Zaqrebdəki "Maksimir" stadionunda keçirilməsini qərara alıb. Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Azərbaycan millisi hərbi vəziyyətlə əlaqədar olaraq ev oyunlarını alternativ ölkədə keçirir. Canni de Byazinin yetirmələri oktyabrın 13-də Kiprlə ev matçını (0:0) Albaniyanın Elbasan şəhərində keçirib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR