Millimizin növbəti rəqibi bəlli oldu

Millimizin növbəti rəqibi bəlli oldu
Futbol üzrə Azərbaycan milli komandası martın 23-də Bakıda yoldaşlıq oyunu keçirəcək.

Sport7.az xəbər verir ki, rəqib Belarus yığması olacaq.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq. Bu, 2018-ci ildə Azərbaycan millisinin Bakıda oynayacağı ilk qarşılaşma olacaq.

Qeyd edək ki, hazırda İqor Kriuşenkonun rəhbərlik etdiyi Belarus yığması Bakıdan sonra Lyublyanaya səfər edərək, martın 27-də Sloveniya ilə də yoldaşlıq oyununa çıxacaq.
 
Sport7.az

Xəbər lenti