Millimizin qapıçısına ağır itki

Millimizin qapıçısına ağır itki

Futbol üzrə Azərbaycan milli komandasının və Rusiyanın ÇSKA (Moskva) klubunun qapıçılarla iş üzrə məşqçisi Dmitri Kramarenko ağır itki ilə üzləşib.

Sport7.az xəbər verir ki, 47 yaşlı mütəxəssisin anası Zemfira Kramarenko Rusiyanın paytaxtı Moskvada dünyasını dəyişib. 

Məlumatda bildirilir ki, Kramarenkonun anası koronavirusdan vəfat edib.
 
Xatırladaq ki, Dmitrinin atası Sergey Kramarenko 2008-ci ildə dünyasını dəyişib. Ata Kramarenko da Moskvada vəfat etmişdi.
 
Allah rəhmət eləsin.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR