Millimizin rəqibi

Millimizin rəqibi "Çelsi"nin məşqçisi ilə anlaşdı

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan İrlandiya yığması yeni məşqçi ilə anlaşıb.

Sport7.az xəbər verir ki, bu barədə ölkənin futbol assosiasiyasının rəsmi saytı məlumat yayıb.
 
Xəbərə görə, İngiltərənin "Çelsi" klubunun məşqçisi Entoni Barri baş məşqçi Stiven Kenninin köməkçisi təyin olunub.

35 yaşlı mütəxəssis hər iki komandada işini davam etdirəcək. O, millinin düşərgəsində martda - seçmə mərhələ oyunları ərəfəsində qoşulacaq.

Qeyd edək ki, Azərbaycan millisi İrlandiya ilə ilk görüşünü sentyabrın 4-də səfərdə keçirəcək. İkinci qarşılaşma isə oktyabrın 9-da Bakıda olacaq. Canni De Byazinin başçılıq etddiyi kollektiv seçmə mərhələyə martın 24-də Portuqaliyaya qarşı matçla start verəcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR