Millimizin rəqibi yoxlama oyunları keçirəcək

Millimizin rəqibi yoxlama oyunları keçirəcək
UEFA Millətlər Liqasında millimizlə eyni qrupda yer alan Kosovo yığması Fransada təlim-məşq toplanışı keçəcək. 
 
Sport7.az xəbər verir ki, bu barədə ölkənin futbol federasiyasının rəsmi saytı məlumat yayıb. 

Martın 20-dən 27-nə qədər Parisdə hazırlıq keçəcək millimizin rəqibi toplanış çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Komanda martın 24-də Madaqaskar, 27-də isə Burkina-Faso milliləri ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi Kosovo ilə sentyabrın 7-də evdə, noyabrın 20-də isə səfərdə qarşılaşacaq.
 
Sport7.az

Xəbər lenti