Millimizin rəqibləri bəlli oldu

Millimizin rəqibləri bəlli oldu

Bu gün 17 yaşadək qızlardan ibarət komandalar arasında "Avro-2016"nın seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.Sport7.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma zamanı millimizin rəqibləri müəyyənləşib.

Final mərhələsi 2016-cı ilin may ayında Belarusda təşkil olunacaq yarışda iştirak etmək üçün 47 komanda mübarizə aparacaq. Püşk zamanı yığmalar hərəsində 4 komanda olmaqla 11 qrupa bölünüb.

Altıncı qrupda yer alan millimizə Belçika, Çexiya və Gürcüstan yığmaları rəqib olub.

Qeyd edək ki, Fransa və Almaniya yüksək reytinqinə görə, Belarus isə meydan sahibi kimi seçmə mərhələdən azaddır.


Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR