Millimizin sabiq baş məşqçisi zorlamaya görə 10 il həbs edilə bilər

Millimizin sabiq baş məşqçisi zorlamaya görə 10 il həbs edilə bilər

Cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherin məhkəməsində növbəti dinləmələr olub. 

59 yaşlı avstriyalı mütəxəssis növbəti dəfə ittihamları rədd edib. 

O, ölkəsində keçirilən məhkəmədə şahidlərin çıxışlarından sonra günahkar olmadığını vurğulayıb. 

Dövlət ittihamçısı isə məşqçinin 1999-2004-cü illərdə rəhbərliyi altında hazırlıq keçən 2 xanım idmançısını zorladığını bir daha nəzərə çatdırıb. Həmin xanımlar 2013-cü ildə Zayzenbaherə qarşı şikayət ediblər. 

Ardınca 2012-2013-cü illərdə Azərbaycanda işləmiş məşqçinin vəkili də ittihamla razılaşmayıb və bunu böhtan adlandırıb: "Heç nə baş verməyib və heç kim zorlanmaya məruz qalmayıb”. 

Zayzenbaherin 1999-cu ildəki ilk "qurbanı”nın 11 yaşı olub və o həmin idmançıya 2002-ci ilədək təcavüz edib. Bundan başqa, çalışdırıcı 2004-cü 13 yaşlı başqa yetirməsinə də xoşagəlməz hərəkətlər edib. Mütəxəssisin 2001-ci ildə Xorvatiyada baş tutan təlim-məşq toplanışı vaxtı 16 yaşlı yeniyetmə cüdoçunu zorlaması da şikayətdə yer alıb. Əgər bu ittihamlar təsdiqlənərsə, yığmanın sabiq baş məşqçisi 10 il azadlıqdan məhrum ediləcək.

Qeyd edək ki, bu proses 3 il öncə başlamalı idi. Lakin məhkəmə 2016-cı ilin dekabrınadək uzanıb. Bir neçə ay ərzində onun harada olduğu bilinməyib. 2017-ci ilin avqustunda Kiyevdə həbs olunan baş məşqçi ekstradisiya edilməzdən öncə azadlığa buraxılıb. O, ikinci dəfə 3 ay əvvəl saxta sənədlə Ukraynadan Polşaya keçərkən saxlanılıb.  (Apasport.az)

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR