Millimizin sabiq futbolçusu icarəyə verildi

Millimizin sabiq futbolçusu icarəyə verildi

"Trabzonspor" millimizin sabiq futbolçusu Murat Cem Akpınarı icarəyə verib. 

Sport7.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi bir il ərzində ölkənin səviyyəcə üçüncü liqasında çıxış edən "Kocaelispor"da mübarizə aparacaq. Oyunçu ötən mövsümü icarə əsasında həmin çempionatda çıxış edən "Hekimoğlu Trabzon"da keçirib. 

Murat Cem Akpınar daha öncə Azərbaycan və Türkiyənin əsas yığmaları arasında seçim etmədiyini bildirib.  Yarımmüdafiəçi Azərbaycanın U-17 yığmasında çıxış edib. Milliyə 2016-cı ildə Təbriz Həsənovun baş məşqçi olduğu vaxt dəvət alan futbolçu 13 oyuna 2 qol vurub. 

"Trabzonspor”un aşağı yaş qruplarından ibarət komandasından yetişən futbolçu 2018/2019 mövsümündə Türkiyə Super Liqasında 6 oyuna 1 qolla yadda qalıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR