Millimizin sabiq futbolçusu mağaza açır

Millimizin sabiq futbolçusu mağaza açır

Cari mövsümün sonunda "Keşlə"dən ayrılan Ruslan Qurbanov özünə yeni iş qurub.

Sport7.az xəbər verir ki, 29 yaşlı milliləşmiş futbolçu onlayn bizneslə məşğul olur.

Bununla bağlı o, şəxsi "Instagram" səhifəsində paylaşım edib. Azərbaycan millisinin sabiq hücumçusu bildirib ki, idman mallarının onlayn satışını həyata keçirir: "Hazırda müştərilərim çox deyil, amma mal alanların əksəriyyəti məmnundur. Gələcəkdə mağaza açmağı planlaşdırıram".

Karantin dövründəki digər məşğuliyyətlərindən də söz açan forvard hər gün nahardan sonra kitab oxuduğunu qeyd edib: "Boş vaxtım çox olur. Açığı, heç vaxt kitab oxuyacağımı düşünməzdim. Amma artıq 2-ni bitirmişəm və 3-cüyə başlamaq istəyirəm. Mütaliəni hamıya tövsiyə edirəm. Çox oxuya bilmirəm, nədənsə, yuxuya gedirəm. Hələlik gün ərzində 40-50 dəqiqə kitab oxuyuram".

Hazırda azad agent olan futbolçu digər sahələrdə də özünü inkişaf etdirir: "Bilirəm ki, çətin olacaq, bunun üçün çox güc sərf etməliyəm. Amma necə deyərlər, əziyyətsiz göldən balıq belə, tuta bilməzsən".

Qeyd edək ki, "Keşlə"yə Ruslan Qurbanov cari mövsümün əvvəlində keçmişdi. (Report.az)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR