Millimizin sabiq futbolçusu:

Millimizin sabiq futbolçusu: "Tovuzdayam, düşmən layiqli cavabını alır"

"Hazırda Tovuzun Aşağı Quşçu kəndindəyəm. Ayın 12-dən məlum hadisələr başladı. Ermənilər təxribata əl atdılar, bizimkilər də layiqli cavablarını verir". 

Bu fikirləri "Report"a açıqlamasında "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov deyib.

32 yaşlı müdafiəçi Tovuz sakinlərinin heç yerə getmədiyini bildirib. Azərbaycan millisinin üzvü axıra qədər əsgərlərmizin yanında olduqlarını söyləyib: "Rayonun hər yerindən atışma səsləri eşidilir. Amma atəş səsləri qonşu kənd olan Dondar Quşçudan daha çox gəlir. Hətta bu kəndə bir neçə mərmi düşüb. Tovuzda hər şey öz axarında davam edir. Heç bir panika və qorxu yoxdur". 

Hüseynov kəndlərin boşalması ilə bağlı xəbərlərin yalan olduğunu sözlərinə əlavə edib: "Belə şeyin şahidi olmamışıq. Hamımız evimizdəyik. Heç kim evini qoyub qaçan deyil. Sadəcə, şayiələrdir. Ordumuz düşmənə layiqincə, on qat artığına cavabını verir".

Təcrübəli futbolçu hər zaman döyüşə getməyə hazır olduğunu diqqətə çatdırıb: "Səfərbərlikli olsa, azərbaycanlı kimi döyüşə gətmək borcumuzdur. Bu zaman hər şey arxa plana keçəcək. Bizi düşündürən odur ki, torpaqlarımız qısa müddətdə işğaldan azad olunsun".     

Qeyd edək ki, Vurğun Hüseynov 14 dəfə Azərbaycan millisinin formasını geyinib. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR