Millimizin sabiq üzvü Madrid

Millimizin sabiq üzvü Madrid "Real"ı ilə müqvilə bağlayır

Azərbaycan millisinin sabiq basketbolçusu Ceysi Kerroll İspaniya "Real Madrid"i ilə yeni müqavilə imzalayacaq.

Sport7.az xəbər verir ki, bu haqda "Marca" məlumat yayıb. Artıq tərəflər arasında ilkin razılıq əldə olunub. 38 yaşlı yarımmüdafiəçi kluba müraciət edərək daha bir il komandada qalmaq niyyətində olduğunu bildirib. Onun istəyi müsbət qarşılanıb.

Təcrübəli oyunçunun sözləşməsinin müddəti daha 1 il uzadılacaq. Bu, onun "Kral klubu"nda 10-cu mövsümü olacaq.

Kerroll 2013-cü ildə Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinin formasını geyinib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR