Millimizin sabiq üzvü rəqibin azlıqda qalmasına və penaltiyə səbəb oldu - VİDEO+FOTO

Millimizin sabiq üzvü rəqibin azlıqda qalmasına və penaltiyə səbəb oldu - VİDEO+FOTO

Əsas və 21 yaşadək millimizin sabiq üzvləri Ufuk Budakla Umut Sönməzin çıxış etdiyi "Qaziantep Böyükşəhər Bələdiyyəspor" "Osmanlıspor"u qəbul edib.

Sport7.az xəbər verir ki, meydan sahibləri güclü rəqibi önündə inamlı qələbə qazanıb - 3:1.

Ufukla Umut start heyətində meydana çıxıb. Rəqibin 50-ci dəqiqədə azlıqda qalmasında və 1 dəqiqə sonra braziliyalı Alanzinyonun penaltidən dubl etməsində Umutun rolu olub. Belə ki, ona qarşı Numan Çürüksunun etdiyi hərəkət baş hakim Hakan Ceylan tərəfindən rəqib oyunçuya qırmızı vərəqə verilməsi və "Osmanlıspor"un qapısına penalti təyin olunması ilə nəticələnib. Sönməz 65-ci dəqiqədə Salih Səfərciklə əvəzlənib. 

"Osmanlıspor"un 80-ci dəqiqədə vurduğu yeganə qolda isə Ufukun rolu qismən olub. Belə ki, onun qapıçı Mahmut Bezginlə anlaşmamasından sonra Muhammet Rəis hesab arasındakı fərqi azaldıb.

Qeyd edək ki, bu qələbədən sonra "Qaziantep BB" xalını 35-ə yüksəldib və IX pilləyə qalxıb.


Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR