Millimizin təxirə salınmış oyununun vaxtı müəyyənləşdi

Millimizin təxirə salınmış oyununun vaxtı müəyyənləşdi

Futzal üzrə qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin Polşa – Azərbaycan oyununun yeni tarixi açıqlanıb.

Sport7.az xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar qeyri-müəyyən vaxta təxirə salınmış görüş UEFA tərəfindən təsdiq olunmuş təqvimə əsasən, oktyabrın 23-də keçiriləcək.

Qarşılaşma aprelin 9-da olmalı idi. 

Həmçinin iyunun 5-nə planlaşdırılan Çexiya – Azərbaycan oyununun isə oktyabrın 27-də oynanılmasına qərar verilib. Oyunların stadionu və başlanma vaxtı barədə əlavə məlumat veriləcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR