Millimizin toplanışının vaxtı bilindi

Millimizin toplanışının vaxtı bilindi

Milli komandamızın təlim-məşq toplanışının vaxtı məlum olub.
 
Sport7.az xəbər verir ki, bu barədə yığmamızın yeni baş məşqçisi Canni De Byazinin köməkçisi alacaq Alessandro Skayya məlumat verib.
 
İtaliya mətbuatına danışan millimizin fikizi hazırlıq üzrə yeni məşqçisi hazırlıq prosesinin başlanacağı tarixi açıqlayıb:

"Millətlər Liqasında Lüksemburqa qarşı debüt oyununun sentyabrın 5-də keçiriləcəyini nəzərə alaraq, toplanışın startı avqustun 28-nə təyin edilib. Ancaq hələ ki, avqustun 5-dək ölkədə koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər var" - deyə o bildirib.

Qeyd edək ki, millimiz sentyabrın 5-də evdə Lüksemburq, üç gün sonra səfərdə Kiprlə üz-üzə gələcək.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR