Millimizin üzvləri xalqa çağırış etdi - VİDEO

Millimizin üzvləri xalqa çağırış etdi - VİDEO

Cüdo üzrə Azərbaycan milli komandası koronavirus pandemiyası ilə əlaqədar əhaliyə müraciət edib.
 
Sport7.az xəbər verir ki, videoçağırışa yığma üzvlərindən Hidayət Heydərov, Elmar Qasımov, Gültac Məmmədəliyeva, Şəfəq Məmmədova, Leylа Əliyeva, İçinxorlo Munxtsedev, İrina Kindzerska və Aişə Qurbanlı da qatılıb. 
 
Kişilərdən ibarət millinin baş məşqçisi Ruslan Maşurenko, qadınlardan ibarət yığmaya rəhbərlik edən Rəşad Məmmədov, milli komandanın məşqçisi, Avropa və dünya çempionu Elxan Məmmədov da əhalini hökumətin tövsiyələrinə riayət etməyə, ehtiyac olmadıqca evdə qalmağa, koronavirus infeksiyasının Azərbaycanda geniş yayılmaması üçün həmrəyliyə səsləyiblər. Onlar əhaliyə "#Evdeqal” mesajını veriblər.
 
Qeyd edək ki, daha əvvəl Məmmədəli Mehdiyev, Nicat Şıxəlizadə, Orxan Səfərov və Rüstəm Orucov da videomüraciət ünvanlayıblar.
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR