Millimizin üzvü:

Millimizin üzvü: "Bəlkə də karyeramın ən yaxşı oyunu oldu"

Azərbaycan millisinin voleybolçusu Ayşən Abduləzimova Macarıstanın "Vaşaş” klubunun heyətində ölkə kubokunu qazanıb.
 
Sport7.az xəbər verir ki, onun formasını geyindiyi komanda finalda "Nyireqiaza”nı 3:1 (27:25, 25:17, 24:26, 28:26) hesabı məğlub edib. 

Ayşən bu uğurla bağlı sevincini bölüşüb: "Mövsüm mənim və komandam üçün çox ağır keçir. Oyunlarımızın sayı çoxdur. Bildiyiniz kimi, ölkə çempionatı ilə bərabər Çempionlar Liqası (artıq bitib) və kubok oyunları da çıxış edirdik. Dünənki qarşılaşma mövsümdə 31 matçımız idi. Keçən il biz ölkə kubokda üçüncü yerin sahibi olmuşuq. "Vaşaş”la bu mövsüm üçün müqavilə imzalayarkən özümə söz vermişdim ki, bu il kuboku qazanacam. Şükürlər olsun ki, istəyimi həyata keçirə bildim. Dünənki final oyunu bəlkə də karyeramın ən yaxşı oyunu oldu. Hazırda çempionat davam edir. Turnir cədvəlinin üçüncü pilləsindəyik. Məqsədimiz isə çempion olmaqdır”.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR