Millimizin üzvü İspaniya klubunda

Millimizin üzvü İspaniya klubunda

Millimizin voleybolçusu Dmitri Baranov karyerasını İspaniyada davam etdirəcək. 

Sport7.az xəbər verir ki, 25 yaşlı blokçu "Almeriya” ilə müqavilə imzalayıb. Milliləşdirilmiş idmançı ən azı 1 il bu komandada çıxış edəcək. O, özünü yaxşı tərəfdən göstərəcəyi halda, müqavilə müddəti artırıla bilər. 

Azərbaycan "Lokomotiv”i ilə ölkə çempionu olan Baranovun yeni komandası bu mövsüm "Çelenc Cup”da da oynayacaq. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR