Millimizin üzvü:

Millimizin üzvü: "Komandamızda yüksək əhval ruhiyyə var"

21-27 iyul 2019-cu il tarixlərində paytaxtımızda keçiriləcək "Avropa Gənclər Olimpiya Festivalı”nda ölkəmizi voleybol üzrə gənc oğlanlardan ibarət milli komandamız təmsil edəcəkdir.
 
Sport7.az xəbər verir ki, millimizin üzvü Mais Verdizadə festivala hazırlıq prosesindən danışıb: "Bildiyiniz kimi bu il festivalda çıxış edəcək komandamız Azərbaycan Çempionatında U-19 komandası olaraq iştirak etmişdir. Doğrusu festivala hazırlıqlara elə çempionatda iştirakımızla başlamışdıq. Çempionatdan sonra festivala hazırıq mərhələsində bir neçə yoldaşlıq görüşlərimizdə oldu. Yarışların başlamısana çox az bir vaxt qalıb. Komandamızda yüksək əhval ruhiyyə var. Rəqiblərimiz bilinir, bizdə məşqlərimizi rəqiblərimizin oyun taktikalarına uyğun olaraq keçiririk. Ölkəmizin belə mötəbər yarışa ev sahibliyi etməsi biz idmançılar üçün müsbət tərəfləri çoxdur: doğma meydanımızda, öz azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Doğrudur biz bunun böyük məsuliyyət olduğunu da anlayırıq və çalışacağıq ki, gözəl oyun göstərək".

Milli yığma komandamız A qrupunda : Belarus, Almaniya, Rusiya milliləri ilə bir qrupda mübarizə aparacaq. Digər B qrupunda isə Bolqarıstan, İtaliya, Çexiya, Belçika milliləri çıxış edəcəklər.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR