Millimizin üzvü məşqlərə gec qoşulacaq

Millimizin üzvü məşqlərə gec qoşulacaq

Millimizin futbolçusu Eddi İsrafilovun komandası "Albasete" sabah yenidən bir araya gələcək. 

Sport7.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yer alıb. Sequnda təmsilçisi avqustun 12-də təlim-məşq toplanışının növbəti mərhələsinə start verəcək. İsrafilovdan başqa bütün oyunçular tibbi müayinədən keçəcəklər. İcazəli olan 28 yaşlı yarımmüdafiəçi hazırlıq prosesinə daha sonra qoşulacaq. 

"Albasete" 2019/2020 mövsümündə İspaniya Sequndasının sonuncu - 42-ci turunda "Kadis"i 1:0 hesabı ilə məğlub edərək liqada qalmağı bacarıb. 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR