Serhatın komandası uduzdu

Serhatın komandası uduzdu

İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) 10-cu turun oyunları keçirilib. 

Sport7.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət milli komandasının yarımmüdafiəçisi Serhat Taşdemirin formasını geyindiyi "Piterboro Yunayted” növbəti matçına çıxıb.

Səfərdə "Donkaster”lə qarşılaşan futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Serhat sonadək ehtiyatda qalıb.

"Piterboro Yunayted” 10 turdan sonra 14 xalla 24 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR