Millimizin üzvü sabiq klubunu cəzalandırdı, amma sevinmədi

Millimizin üzvü sabiq klubunu cəzalandırdı, amma sevinmədi

"Albasete"də çıxış edən millimizin üzvü Eddi İsrafilov Sequndada növbəti qolunu vurub.

Sport7.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi XXII turda "Alkorkon"la matçda fərqlənib. O, 30-cu dəqiqədə komandasını hesabda önə çıxarıb. İsrafilov sabiq komandasına vurduğu baxımlı qoldan sonra sevinməyib.

Görüş "Albasete"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bu nəticədən sonra 21 xalla 22 komanda arasında 18-19-cu pilləri bölüşür.

2019-cu ilin yayından "Albasete"də çıxış edən Eddi İsrafilov 2018/2019 mövsümündə "Alkorkon"un formasını geyinib. O, 2020-ci ildə Azərbaycan yığmasının heyətində Millətlər Liqasının oyunlarında iştirak etməyib.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR