Millimizin üzvü zədəsini sağaltdı, ilk oyununda qol ötürməsi verdi (VİDEO)

Millimizin üzvü zədəsini sağaltdı, ilk oyununda qol ötürməsi verdi (VİDEO)

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Arziman Rizvanov zədəsini sağaldaraq komandası "Avanqard"ın sıralarına dönüb. 

Sport7.az xəbər verir ki, artıq gənc futbolçu Ukrayna Yüksək Liqasına çıxmağa iddialı olan komandanın qış təlim-məşq toplanışına qoşulub. 

Rizvanov Kramatorsk təmsilçisinin "Dnepr"ə (U-21) qarşı keçirdiyi yoxlama matçında da meydana çıxıb və məhsuldar ötürmə ilə yadda qalıb. Görüş "Avanqard"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. 

Qeyd edək ki, 20 yaşlı yarımmüdafiəçi iki ildi legioner həyatı yaşayır. O, 18 yaşında Çexiyanın "Banik" komandasında çıxış etdikdən sonra, bir başqa çex klubu olan "Baqemiansa"nın gənclərdən ibarət komandasında top qovub. Ötən yay isə Donetsk "Olimpik"i ilə müqavilə bağladıqdan sonra "Avanqard"a icarəyə verilib.

 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR