Millimizin üzvündən gümüş medal

Millimizin üzvündən gümüş medal

Azərbaycan millisinin üzvü Tbilisidə keçirilən yeniyetmələr arasında idman dırmanması üzrə açıq çempionatda gümüş medal qazanıb.

Sport7.az xəbər verir ki, Azərbaycanın yığma komandası yarışda üç idmançı ilə təmsil olunub. Boldrinq üzrə yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi ilə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin (DGK İSM) "Gömrükçü” idman klubunun təmsilçisi Mədinə Abdullayeva uğurla çıxış edib. 2009-2010-cu illər təvəllüdlü idmançılar arasında qüvvəsini sınayan təmsilçimiz gümüş medala sahib olub.

Mədinə Abdullayeva ötən il ölkəmizdə idman dırmanmasının çətinlik növü üzrə keçirilən DGK İSM "Gömrükçü” idman klubunun açıq beynəlxalq birinciliyində də gümüş medal qazanıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR