Millimizin üzvünə türk klubundan təklif

Millimizin üzvünə türk klubundan təklif
"Keşlə"nin futbolçusu Sərtan Taşqına ölkəsindən təklif gəlib. 

Sport7.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Xəbərə görə, Azərbaycanın 23 yaşlılardan ibarət millisinin üzvünü Spor Toto I liqa təmsilçisi "Altay" klubu almaq niyyətindədir. Artıq tərəflər arasında danışıqlara başlanıldığı qeyd olunur. 

Qeyd edək ki, Sərtan Taşqının "Keşlə" ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.
 
Sport7.az

Xəbər lenti