Millimizin üzvünün təqsirləndirildiyi cinayətin təfərrüatları - Silahlı olub

Millimizin üzvünün təqsirləndirildiyi cinayətin təfərrüatları - Silahlı olub

Sərbəst güləş üzrə Azərbaycan millisinin üzvü Nurməhəmməd Hacıyevin Abdulbasir Ömərovun qətlində ittiham olunduğunu xəbər vermişdik.
 
Sport7.az xəbər verir ki, hadisənin təfərrüatları bəlli olub. 

Belə ki, cinayətdən əvvəl iyunun 23-də gecə saat 10 radələrində Lenin komsomolu adına parkın ərazisində gənclər arasında mübahisə yaşanıb. "Dagavtodor” və "Uprdor Kaspiy” şirkətinin Dağıstanın şöbəsinin keçmiş rəhbərinin qardaşı oğlu Abdulbasir Ömərov gözlənilmədən respublika Xalq Məclisi deputatı və Şamil bölgəsinin keçmiş başçısı Məhəmmət Asiyatilovun oğlu Surakat Asiyatilovun üzünə zərbə vurub. 

İstintaqın məlumatına görə, bundan sonra Surakat Asiyatilov Abdulbasir Ömərovu öldürmək qərarına gəlib. O, qardaşı Hüseyn və dostlarını köməyinə çağıraraq, təyin olunan yerə silahla gəlmələrini istəyib. Saat 22:40 radələrində Asiyatilov və Ömərov Akuşinski prospektində yerləşən Mahaçkalavodokanal administrasiyasının ərazisində yenidən görüşüblər. 

Tapança ilə silahlanmış Surakat Asiyatilov Ömərovla əlbəyaxa dava edib. Digər gənclər isə onları ayırmağa və barışdırmağa çalışıblar. İstintaqın məlumatına görə həmin anda Hüseyn Asiyatilov və Nurməhəmməd Hacıyev əllərində silahla və 20-dən çox adamla birlikdə müəssisənin ərazisinə daxil olublar.

Kütləni görən Ömərov ərazidən qaçmağa çalışıb. Amma Asiyatilov və Hacıyev qardaşları ona hücum edərək yerə yıxıb və bir neçə dəfə atəş açaraq cinayət yerindən qaçıblar. Çoxsaylı güllə yarası alan Ömərov xəstəxanada keçinib. (Qafqazinfo)
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR