Millimizin üzvünün yeni klubu

Millimizin üzvünün yeni klubu

"Azerreyl" heyətini yeni voleybolçu ilə gücləndirib.

Sport7.az xəbər verir ki, bu haqda Bakı təmsilçisinin rəsmi "Facebook" səhifəsində məlumat yer alıb. Komanda Azərbaycan millisinin üzvü Yuliya Kərimovanı heyətinə qatıb. 

Kərimova sonuncu dəfə İsrail klubu "Makkabi”də (Hayfa) çıxış edib. Ölkəyə qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunan 35 yaşlı liberonun analizində hansısa yoluxma halı qeydə alınmayıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR