Millimizin yen baş məşqçisinin adına aydınlıq gəldi

Millimizin yen baş məşqçisinin adına aydınlıq gəldi

Voleybol üzrə qadınlardan ibarət milli yığma komandamıza baş məşqçi Vasif Talıbov təyin edilib.
 
Sport7.az xəbər verir ki, 7-12 yanvar 2020-ci il tarixlərində Hollandiyada keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirində Famil Ağayev və Eldar Yusubov isə yığma komandanın köməkçi məşqçiləri kimi seçiliblər.

Qeyd edək ki, hər üç məşqçi, voleybol üzrə qadınlar arasında keçirilən Azərbaycan Çempionatı "Super” liqa yarışlarında mübarizə aparan klublarda baş məşqçi kimi fəaliyyət göstərirlər. Vasif Talıbov "Murov”, Famil Ağayev "Azərreyl”, Eldar Yusubov isə "Abşeron” voleybol klubunun baş məşqçiləridirlər.
 
Milli komandamıza yeni təyin olunmuş baş məşqçi Talıbov Vasif Rahib oğlu 1973-cü ildə Masallı rayonunda anadan olub. 1991-ci ildə SSRİ-nin gənclərdən ibarət yığma komandasının tərkibində Yeniyetmələr arasında Olimpiya çempionu olub. O, voleybol üzrə kişilərdən ibarət Milli yığma komandamızın üzvü olmaqla bərabər Azərbaycan, Türkiyə, İran və Ukrayna klublarında çıxış edib.
 
2004-cü ildən məşqçilik fəaliyyətinə Ukraynanın Vinnitsa şəhərinin klublarında köməkçi məşqçi, baş məşqçi vəzifələrində çalışmağa başlayıb. Məşqçilik fəaliyətində uğurlu nəticələrini nəzərə alaraq 2013-cü ildə V.Talıbov Bakıya dəvət almış və "Telekom” voleybol klubunun baş məşqçisi təyin edilmişdir.
 
2014-cü ildə isə avropada, dünyada öz sözünü demiş, dəfələrlə Azərbaycan Çempionu olmuş və klublar arasında keçirilən Dünya Çempionatının qızıl medalçısı olan Rabitə klubunda dünyaca məşhur məşqçi Zoran Qayiçın yanında ikinci məşqçi olaraq çalışmışdır. 2017-2018-ci illərdə Vasif Talıbov Ukraynanın kişilərdən ibarət "Vinnitsa” voleybol komandasının baş məşqçisi olmuşdur.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR