Millimizlə oyuna gəlməyən Eddi, komandasına qələbə qazandırdı

Millimizlə oyuna gəlməyən Eddi, komandasına qələbə qazandırdı

İspaniyanın 2-ci liqasında 16-cı turun oyunları keçirilib.
 
Sport7.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Albasete” də növbəti matçına çıxıb.
 
Səfərdə "Saraqosa” ilə qarşılaşan futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0. İsrafilov start heyətdə meydana çıxıb 90+4-cü dəqiqədə komandasının yeganə qolunu vurub.
 
"Albasete” hazırda 25 xalla 6-cı pillədə qərarlaşıb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR