Millin baş məşqçisinə ŞOK – Komandasını oyuna çıxarmadan qovuldu!

Millin baş məşqçisinə ŞOK – Komandasını oyuna çıxarmadan qovuldu!

Serbiyalı mütəxəssis İvan Jovanoviçin başına maraqlı hadisə gəlib.

Sport7.az xəbər verir ki, dekabr ayında Birləşmiş Ərəb Əmirliklərinin milli komandasına baş məşqçi təyin olunan Jovanoviç istefaya göndərilib.

Yerli federasiyanın yaydığı açıqlamada serbiyalı mütəxəssisin və onun köməkçilərinin işinə son verildiyi bildirirlir.

İşin qəribə tərəfi odu ki, Jovanoviç yeni iş yerində komandasını heç bir oyuna çıxara bilməyib. Mart ayında dünya çempionatının seçmə oyunları başlamalı olsa da, koronavirusa görə bu qarşılaşmalar təxirə salınıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR