Millinin baş məşqçisi istefaya göndərildi

Millinin baş məşqçisi istefaya göndərildi
Şotlandiya millisinin baş məşqçisi sitefaya göndərilib. 
 
Sport7.az xəbər verir ki, ölkənin futbol federasiyasının rəhbərliyi ilə görüşən Qordon Strakanın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
İstefaya Şotlandiya yığmasının DÇ-2018-in seçmə mərhələsi çərçivəsində uğur qazana bilməməsi səbəb göstərilir. Britaniya təmsilçisi lider İngiltərə və ikinci yeri tutmaqla pley-offa vəsiqə qazanan Slovakiyadan geri qalmaqla qrup üçüncüsü olub.
 
Qeyd edək ki, 60 yaşlı mütəxəssis 2013-cü ildən Şotlandiya millisinə başçılıq edir. 

Sport7.az

Xəbər lenti