Millinin məğlubiyyəti statuslarda - DIR DIR - VİDEO

Millinin məğlubiyyəti statuslarda - DIR DIR - VİDEO

Millimizin Lükemburqa məğlub olması heç şübhəsiz, normal qarşılanmadı. "Cırtdan" adlandırdığımız ölkəyə xalları öz əlimizlə hədiyyə etməyimiz necə normal qarşılana bilər ki? Mahir Emrelinin 25-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulması, Anton Krivotsyukun qapıları səhv salması, Adil Nağıyevin cərimə meydançası daxilində 1 metr kənara gedən topa əl uzadıb voleybol oynaması əlbəttə, ictimaiyyəti hiddətləndirməyə bilməzdi. Bu üzdən istər AFFA, istərsə də millimiz tənqid atəşinə tutuldu.
 
Həmkarımız İlkin Sultansoy da bununla bağlı video hazırlayıb. O, "Yutub"a yerləşdirdiyi "Millinin məğlubiyyəti statuslarda - DIR DIR" adlı tənqidi videoda futbol ictimaiyyətinin müxtəlif nümayəndələrinin, jurnalistlərin, azarkeşlərin sosial şəbəkələrdə bölüşdükləri fikirlərinə yer verib.
 
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR