Millinin rəqibləri bu gün müəyyənləşəcək

Millinin rəqibləri bu gün müəyyənləşəcək

Bu gün saat 17:15-də İsveçrənin Nyon şəhərində DÇ-2020-nin elit-raundunun püşkü atılacaq.
 
Sport7.az xəbər verir ki, UEFA püşköncəsi komandaları səbətləri bölüb. Millimiz öz qrupunun ikinci komandası olacaq. Bu o deməkdir ki, komandamızla birgə qrupunun ikincisi olacaq İtaliya, Sloveniya, Serbiya rəqibimiz olmayacaq. Qrup birinciləri isə bu komandalar olacaq: İspaniya, Rusiya, Portuqaliya və Qazaxıstan.
 
Məlumat üçün qeyd edək ki, komandaları reytinq cədvəlindəki mövqeyinə uyğun olaraq bu cür təsnifatlandırılıblar. Elit-raundda iştirak edəcək 16 komada hər birində 4 iştirakçı olmaqla 4 qrupa bölünəcək. Hər qrupda əsas mərhələdə qrup qalibi olmuş 2, bir o qədər də ikinci pilləni turmuş komanda yer alacaq. Qrup qalibləri elit-raundun püşkü zamanı öz qruplarında 1-ci və 2-ci sırada, əsas mərhələnin "ikinciləri” isə 3-cü və 4-cü sırada qərarlaşacaq. Elit-raundun oyunları 2020-ci il yanvarın 27-dən fevralın 5-dək keçiriləcək. Qrup qalibləri birbaşa final mərhələsinə yüksələcək. İkinci pillənin sahibi olacaq 4 komanda pley-off-da üz-üzə gələcək. Pley-off oyunları aprelin 9-da və 12-də ev-səfər prinsipi ilə keçiriləcək. Qaliblər həlledici mərhələdə iştirak edəcəklər. Final mərhələsi gələn il sentyabrın 12-dən oktyabrın 4-dək Litvada təşkil olunacaq. Oyunlar "Kaunas Arena”da, "Vilnüs Arena”da və "Klaipeda Arena”da keçiriləcək.
 
Ev sahibi:

Səbət 1 (qrupda 4-cü pillədə)
 
Xorvatiya
Çexiya
Ukrayna

Səbət 2 (qrupda 2-ci pillədə)
 
Serbiya

Səbət 3 (qrupuda 1-ci pillədə)
 
Rusiya
İspaniya
Portuqaliya

Səbət 1 (qrupda 3-cü və 4-cü pillədə)
 
Belarus
Finlandiya
Fransa
Rumıniya
Slovakiya

Səbət 2 (qrupda 2-ci pillə):
 
AZƏRBAYCAN
İtaliya
Sloveniya

Səbət 3 (qrupda 1-ci pillə):
 
Qazaxıstan
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR