Millinin sabiq baş məşqçisi İtaliya çempionu oldu

Millinin sabiq baş məşqçisi İtaliya çempionu oldu
2014-cü ilin avqustundan 2016-cı ilin mayına qədər futzal üzrə Azərbaycan milli komandasının və "Araz” klubunun baş məşqçisi olan Tino Perez İtaliya çempionu olub.
 
Sport7.az xəbər verir ki, İtaliyanın "Acqua e Sapone” komandasını çalışdıran təcrübəli mütəxəssis ölkəmizdən sonra növbəti titulunu qazanıb. Onun rəhbərliyi altında komandası pley-off seriyasında "Luparense”ni qabaqlayıb. Bununla da Çempionlar Liqasında iştirak edəcək 54-cü komandanın adı dəqiqləşib.
 
Ümumilikdə 59 komandanın qalib adı uğrunda yarışacağı liqada 5 ölkəni - Türkiyə, Gürcüstan, İrlandiya, Farer adaları və Lixtenşteyni hansı komandanın təmsil edəcəyi hələ müəyyənləşməyib. 
 
Çempionlar Liqasında iştirakı dəqiqləşən komandaların adlarını diqqətinizə çatdırırıq: "İnter”, "Barselona” (hər ikisi İspaniya), "Qazprom-Yuqra”, "Sibiryak” (hər ikisi Rusiya), "Sportinq”, "Benfika” (hər ikisi Belçika), "Kayrat”, "Aktobe” (Qazaxıstan), "Prodexim Xerson” (Ukrayna), "ARAZ” (AZƏRBAYCAN), "Doboveç” (Sloveniya), "Era-Pack Chrudim” (Çexiya), "İnformatica Timişoara” (Rumıniya), "Slov-Matik” (Slovakiya), "Hovokubo” (Hollandiya), "Halle - Guik” (Belçika), "Mostar” (Bosniya və Herseqovina), "Lidselmaş Lida” (Belarus), "Rekord Bielsko-Biala” (Polşa), "Veles” (Makedoniya), "KaDu” (Finlandiya), "Nikars” (Latviya), "Sanderjord” (Norveç), "Uddevalla” (İsveç), "Reading Eskolla” (İngiltərə), "Doukas” (Yunanıstan), "Dinamo” (Moldova), "JB Gentofte” (Danimarka), "Çelik” (Monteneqro), "Varna City” (Bolqarıstan), "Fidell” (İsveçrə), "Leo” (Ermənistan), "Enkamp” (Andorra), "Vytis” (Litva), "Tirana” (Albaniya), "Makkabi Nahalat İtzhak” (İsrail), APOEL (Kipr), "Kardif University” (Uels), "Tallinna Kosmos” (Estoniya), "Lynx” (Cəbəllütariq), "Valletta” (Malta), "Murata” (San Marino), "Vattcell” (Şotlandiya), "Nohenstein - Ernstthal” (Almaniya), "Feniks” (Kosovo), "Murexin Allstars” (Avstriya), "Racinq” (Lüksemburq), "Belfast Yunayted” (Şimali İrlandiya), "Vangir Jupiters” (İslandiya), "Novo Vrejeme” (Xorvatiya), "Ekonomac” (Serbiya), "Gyor” (Macarıstan), "Kremlin – Bicetre Yunayted” (Fransa), "Acqua e Sapone” (İtaliya).
 
Məlumat üçün qeyd edək ki, komandamız mübarizəyə yenə əsas mərhələdən başlayacaq. Buna qədər cari ildə avqustun 28-dən sentyabrın 2-dək ilkin mərhələnin oyunları keçiriləcək. Əsas mərhələ oktyabrın 2-dən 7-dək, elit raund noyabrın 13-dən 18-dək təşkil ediləcək. "Dördlər finalı” aprelin 25-i 27-i və ya 26-sı 28-i tarixlərində keçiriləcək. Apreli 25-də və ya 26-da yarımfinal, ayın 27-də və ya 28-də isə üçüncü yer və həlledici matça şahidlik etmək mümkün olacaq. İlkin, əsas və elit raund oyunları erkən də başlaya bilər, bunun üçün qrupda yer alan komandaların hamısı razılıq verməlidir. Püşkatmaya gəldikdə, iyulun 5-də ilkin və əsas, oktyabrın 14-də, elit mərhələnin iştirakçıları rəqiblərini tanıyacaq. "Dördlər finalı”ndakı cütlüklər isə 2019-cu ildə bilinəcək. Hələlik dəqiq vaxt təsdiqlənməyib.
 
Sport7.az

Xəbər lenti