Millinin sabiq futbolçusu qəzada öldü

Millinin sabiq futbolçusu qəzada öldü

Cənubi Afrika Respublikası (CAR) millisinin sabiq futbolçusu Anele Nqtsonqtsa dünyasını dəyişib.

Sport7.az xəbər verir ki, 33 yaşlı müdafiəçi avtomobil qəzasında ölüb. Hadisə CAR-ın Kvazulu-Natal əyalətində baş verib. Nqtsonqtsanın həyat yoldaşı isə xəstəxanaya yerləşdirilib və durumunun ağır olduğu bildirilib.

Nqtsonqtsa karyerası ərzində Belçikanın "Genk", "Ruselare" və Fransanın "Trua" komandalarının formasını geyinib. O, sentyabdan klubsuz idi. Futbolçu Cənubi Afrika Respublikası millisinin heyətində 52 matçda meydanda olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR