"Minsk 2019": Qadın güləşçilər mübarizəyə qoşulur

Bu gün "Minsk 2019” II Avropa Oyunlarında 7-ci yarış günüdür. 

Sport7.az xəbər verir ki, Azərbaycan idmançıları güləş, sərbəst güləş, stend atıcılığı, badminton, idman gimnastikası, avarçəkmə yarışlarında d qüvvələrini sınayacaqlar.

Azərbaycanın güləşə əsas qızıl medal ümidlərindən Mariya Stadnik çıxışına 1/4 finaldan başlayacaq. Bundan başqa, səbrəst güləşçilər - Hacı Əliyev və Nurməhəmməd Hacıyev final görüşlərinə çıxacaqlar.


Stend atıcılığı

Kişilər, Skit, təsnifat mərhələsi

10:00. Emin Cəfərov

Qadınlar, Skit, təsnifat mərhələsi

10:00. Nurlana Cəfərova, Regina Meftahətdinova


Güləş

Qadın güləşi

57 kq, 1/8 final

12:50. Alyona Kolesnik – Ramona Qalambos (Macarıstan)

62 kq, 1/8 final

13:30. Elmira Qəmbərova – Lusi Manzke (Almaniya)

76 kq, 1/8 final

13:50. Səbirə Əliyeva – Aykaterini-Eyrini Pitsiava (Yunanıstan)

50 kq, 1/4 final

14:10. Mariya Stadnik – Emanuella Liuzzi (İtaliya)/Anna Lukasyak (Polşa) cütünün qalibi

Sərbəst güləş

65 kq, final

19:50. Hacı Əliyev – Vladimir Xinçeqaşvili (Gürcüstan)

97 kq, final

20:40. Nurməhəmməd Hacıyev – Abdulraşid Sadullayev (Rusiya)


Badminton

Kişilər, fərdi yarış, 1/8 final

13:35. Ezmi Qovimuramadhoni – Mark Kalyou (Hollandiya)

Gimnastika

İdman gimnastikası

Kişilər, çoxnövçülük

14:00. İvan Tixonov

Qadınlar, çoxnövçülük

14:00. Marina Nekrasova

Kayak və kanoelərdə avarçəkmə

Qadınlar, K-1, 200 m, B finalı

15:00. Mariya-Lorena Manolitsa

Qeyd edək ki, Azərbaycan 1 qızıl, 4 gümüş və 9 bürünc medalla 17-ci sırada qərarlaşıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR