Mirabdulla Abbasov: "Bu gün çox böyük addım atdıq"

Mirabdulla Abbasov:
"Neftçi"nin hücumçusu Mirabdulla Abbasov "Qarabağ"la oyun haqda fikirlərini bildirib.
 
Sport7.az xəbər verir ki, gənc futbolçu klubun rəsmi saytına açıqlamasında azarkeşlərə də minnətdarlığını çatdırıb: "Bu gün çox böyük addım atdıq. Çətin oyun olsa da, qələbə qazana bildik. Artıq növbəti qarşılaşma haqda düşünmək olar. O ki qaldı qol vurmağıma, komanda üçün faydalı olmağa çalışıram. Buna görə növbəti oyunlarda da əlimdən gələni edəcəyəm. Dəstək olduqları üçün azarkeşlərimizə təşəkkür edirəm”.
 
Sport7.az

Xəbər lenti