Mircavadov:

Mircavadov: "Biz bu vaxtacan yığmaya baş məşqçi təyin etmişik?"

Bu gün AFFA-nın inzibati binasında toplantı keçirilməsi nəzərdə tutulmuşdu.
 
Toplantıda qurumun baş katibi Elxan Məmmədovun Məşqçilər Komitəsinin üzvləri ilə görüşüb Azərbaycan millisinin baş məşqçi məsələsini müzakirə edəcəyi gözlənilirdi. Görüşdə nələrin müzakirə olunduğunu və hansı qərarların qəbul edildiyini öyrənmək üçün MK-nın üzvü Ağasəlim Mircavadovla danışdıq.

Təcrübəli mütəxəssis Sport7.az-a qısa açıqlamasında bunları söylədi: "Bu gün alınmadı. Açığı, mən xəstə idim. İşlər çoxdu, Elxan Məmmədov da AFFA-da yox idi, ona görə də görüş keçirilmədi. Ancaq Məşqçilər Komitəsi yığışmışdı. Yığmanın baş məşqçisi məsələsi? Yox, o bizlik məsələ deyil. Elə söz danışırsız ki. Biz bu vaxtacan yığmaya baş məşqçi təyin etmişik? Kimisə təyin edəcəklər, bizi də çağıracaqlar, onunla danışacağıq, vəssalam. Nə siyahı, nə də başqa bir şey var. Görüş olmadı".

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR