Mircavadov: "Fikrimcə, lənkəranlı azarkeşlər bu klubu da qəbul edərlər"

Mircavadov:
Tanınmış mütəxəssislərimizdən olan  Aasəlim Mircavadov yeni təsis olunan "Xan Lənkəran" futbol klubu ilə bağlı fikirlərini bildirib.

Mircavadov Sport7.az-a açıqlamasında bunları söyləyib:

"Bunla bağlı heç bir məlumatım yoxdu. Həmişə bölgələrimizdə futbolun inkişafının tərəfdarı olmuşam. "Xəzər Lənkəran" sözünü demiş bir klubdu. Deyərdim ki, o bölgəni gözəl təmsil edirdi. Yerli futbolçular da yetişirdi. İnsanlar həzz alırdı, istirahət edirdi. 

Yaradıblarsa onları təbrik edir, uğurlar arzulayıram. Digər tərəfdən, klubun təsisçisi bilinmir, mahiyyətinin nədən ibarət olduğu məlum deyil. Ona görə də nəsə deyə bilmirəm. Hazırda azarkeşlər "Xəzər Lənkəran"a öyrəşiblər. Fikrimcə, bunu da qəbul edərlər. Təki uğurlu olsun".

Sport7.az 

Xəbər lenti