Miron Markeviç: “Bizim geriyə yolumuz yoxdur”

Miron Markeviç: “Bizim geriyə yolumuz yoxdur”

"Qarabağ” olduqca yaxşı komandadır. Bu dəfə onlar öz meydanlarında oynayacaqlar”. Sport7.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Dnepr”in baş məşqçisi Miron Markeviç deyib.

Bakıdakı oyun haqda danışan Markeviç, qarşılaşmanın çətin keçəcəyini qeyd edib:

"Yəqin ki, rəqibin məqsədi qələbə qazanmaq olacaq. Lakin bizim də geriyə yolumuz yoxdur. Bu mənada oyunun gərgin keçəcəyini düşünürəm. İlk öncə öz oyunumuzu nümayiş etdirməliyik. Təəssüf ki, Avropa Liqasında bizdən gözlənilən oyunu sərgiləyə bilmirik. Komandanın liderləri bacarıqlarını ortaya qoymalıdırlar”.

Markeviç futbolçularının son məğlubiyyətdən sonra məyus olduğunu bildirib: "Məlum məsələdir ki, futbolçular "Dinamo”ya böyükhesablı məğlubiyyətə görə məyusdurlar. Ancaq bunu unudaraq, irəli baxmaq lazımdır. Həm Premyer Liqada, həm də Avropa Liqasında hələ heç nə itirilməyib. Sadəcə, meydanda ən yaxşı oyununu göstərmək lazımdır”.

Sport7.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR