Mirzəyevin debütü

Mirzəyevin debütü "sülh"lə başladı

Küveyt Premyer Liqasında 2019/2020 mövsümü start götürüb.
 
Sport7.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamal Mirzəyevin çıxış etdiyi "Əl-Salmiyə" doğma meydanda "Əl-Ərəbi Küveyt"i qəbul edib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Kamal oyuna start heyətdə başlayıb və sonadək mübarizə aparıb. Yeni komandasında "22" nömrəli formada debüt edən 24 yaşlı dayaq yarımmüdafiəçisi ikinci qolun vurulmasında da pay sahibi olub.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR