Mişel Platini DÇ-2022 ilə bağlı saxlanılıb

Mişel Platini DÇ-2022 ilə bağlı saxlanılıb

UEFA-nın sabiq prezidenti Mişel Platini Fransada saxlanılıb.

Fransız funksioner DÇ-2022-in ev sahibliyi ilə bağlı elan olunmuş tenderin nəticələrinin araşdırılması ilə bağlı Nanterdəki polis bölmələrindən birinin anti-korrupsiya şöbəsinə aparılıb.

Platini DÇ-2022-in ev sahibi müəyyənləşməmişdən bir neçə gün əvvəl İsveçrədə Qətər Futbol Federasiyasının rəsmiləri ilə görüşmüşdü. Onun səsvermədə saxtakarlığa yol verdiyi iddia olunur.
 
Qeyd edək ki, futbol üzrə 2022-ci il dünya çempionatı Qətərdə keçiriləcək.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR