Misirli futbolçu küçədə satıcılığa başlayıb

Misirli futbolçu küçədə satıcılığa başlayıb

Koronavirus futbol klubları ilə birlikdə bir çox futbolçuya da maddi cəhətdən ziyan vurub.
 
Sport7.az xəbər verir ki, Misirin ikinci liqasında iştirak edən "Beni Suef"in formasını geyən Mahruz Mahmud da martda çempionatın təxirə salınmasından sonra maddi çətinliklə üzləşən futbolçulardan oldu. Bu üzdən hökümətin "evdə qal" tələbinə əməl etməyən Mahmud ailəsinə çörək qazanmaq üçün ticarətə başlayıb. 
 
Futbol oynayarkən "part taym" çalışmaqla həftədə 200 dollar qazanan futbolçu ailəsini bu şəkildə dolandırırdı. Ancaq restoranlar, kafelər və insanların toplaşdığı yerlər bağlanandan sonra işsiz qalan Mahruz çarəni ticarətdə tapıb. Komanda yoldaşları tərəfindən "Kompani" ləqəbi qoyulan Mahruz, Misir küçələrində satıcılıq etməklə pul qazanmağa başlayıb. 
 
Yaşadıqlarını anladan futbolçu "Ailəmə yemək götürmək məcburiyyətindəydim. Nə iş olsa işləyərdim. Təbii ki, xəstəliyə tutulmaqdan qorxuram. Amma bunu etmək məcburiyyətindəydim" sözlərini söyləyib.
 
Koronavirusdan sonra Misirdə təxminən 33 milyon insanın gündəlik qazancı 1,45 dollara düşüb.
 
Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR