Modriç: "Futbol sadəcə qol vurmaqdan ibarət deyil"

Modriç:
"Qızıl top" mükafatının builki qalibi "Real"ın və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç açıqlama verib. 

Sport7.az xəbər verir ki, o, duyğularını "GQ Magazine"ə bölüşüb. 

"Yol uzun və çətin oldu. Ancaq mükafatı qazandığım üçün xoşbəxtəm. Nail olduqlarım işimin bəhrəsidir. Şadam ki, idman karyeramda nələri qazandığımı insanlar nəhayət qəbul etdilər. Mən daha əvvəl çox uğurlar qazandım. 3 dəfə Çempionlar Liqası və Xorvatiya kimi kiçik ölkə ilə dünya çempionatının finalına çıxdım. Ancaq bundan sonra insanlar anladılar ki, futbol sadəcə qol vurmaqdan ibarət deyil", deyə Modriç bildirib. 
 
Sport7.az 

Xəbər lenti