"Milan"ın transfer hədəfi - Luka Modriç

"Milan" "Real"ın yarımmüdafiəçisi Luka Modriçi transfer etməyə çalışır.

"Sky Sport Italia"-nın məlumatına görə, "Real" ABŞ turnesindən qayıtdıqdan sonra "Milan" Modriçlə rəsmi danışıqlara başlamağı planlaşdırır. Xorvat futbolçunun "Milan" rəsmilərindən Zvonimir Bobanla münasibətlərinin yaxşı olmasının transferdə faktor ola biləcəyi bildirilir.
 
Xəbərdə Modriçin, uşaqlıq kumiri - Bobanla artıq mümkün keçidi müzakirə etdiyi qeyd olunub.

33 yaşlı orta xətt oyunçusu "Real"da ilinə 12,5 milyon avro qazanır.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR