Modriç "Real"dan gedir - Ronaldoya görə

Modriç
"Real"ın yarımmüdafiəçisi Luka Modriç klubu tərk edə bilər. 

Sport7.az xəbər verir ki, bu barədə "Sport Mediaset" məlumat yayıb. 

Xəbərə görə, onun "İnter"ə keçəcəyi bildirilir. 

Onun klubunu dəyişib Ronaldoya qarşı oynaya biləcəyi mühit istədiyi iddia edilir. 

Məlumatda "Real"ın keçidə müsbət yanaşmadığı, lakin "İnter" klubunun artıq futbolçu ilə danışıqlara başladığı qeyd olunub. 

Qeyd edək ki, 33 yaşlı xorvatiyalı futbolçunun "Real"la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. 
 
Sport7.az

Xəbər lenti