Modriç

Modriç "Real"la müqavilə yeniləyəcək

Luka Modriç "Real"da qalacaq.

"Marca" nəşrinin məlumatına görə, xorvatiyalı futbolçu Madrid klubu ilə müqaviləsini bir il müddətinə uzatmaq qərarına gəlib. Yeni saziş 2021-ci ilin yayına qədər olan müddəti əhatə edəcək.

Daha əvvəl baş məşqçi Zinəddin Zidan növbəti mövsümlə bağlı planlarında Modriçə yer olduğunu açıqlamışdı.

Ötən il "Qızıl top" mükafatını qazanan 33 yaşlı yarımmüdafiəçisi 2018-19 mövsümündə "Real" forması ilə meydana çıxdığı 46 matçda 4 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Sport7.az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR