Modriçə 3 il əvvəlki oyundan cəza

Modriçə 3 il əvvəlki oyundan cəza
"Real"ın aparıcı futbolçularından olan Luka Modriç bazar günü "Barselona" ilə superkubok matçında meydana çıxmayacaq.

Sport7.az xəbər verir ki, buna səbəb 3 il əvvəl, yəni 2014-cü il, avqustun 22-də gördüyü qırmızı vərəqədi. "Real" 2014-cü il avqustun 20-də "Atletiko" ilə superkubok matçında 1:1 bərabərə qalmış, iki gün sonrakı görüşdə isə 0:1 hesabı ilə yenilmişdi. "Atletiko"nun kuboku qazandığı həmin matçın 48-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılan Modriç, 90-cı dəqiqədə ikinci sarı vərəqə ilə meydandan qovulmuşdu. 

İspaniyada qaydalara əsasən Modriç qırmızı kartın cəzasını ancaq superkubok oyunlarında çəkə bilərdi. Ancaq sonrakı iki mövsümdə "Real" superkubokda iştirak etmədi. 

2017/18 mövsümünün başlanğıcında İspaniya superkuboku "Real" və "Barselona" arasında iki "El Klasiko"ya səhnə olacaq. Bunlardan ilki avqustun 13-də "Barselona"nın meydanında baş tutacaq. Modriç cəzasını çəkdikdən sonra ayın 17-si keçiriləcək cavab oyununda meydana çıxa biləcək.

Sport7.az

Xəbər lenti